Neft Fondu iyunda valyuta satışını kəskin artırıb

14:51 30.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyun ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 463,6 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Bu göstərici cari ilin may ayı ilə müqayisədə 48,2%, ötən ilin iyun ayı ilə müqayisədə isə 24,2% artıb.

Cari ilin ilk yarısında Neft Fondu valyuta hərraclarında 2,767 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə təxminən 31% azdır.

Ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildən bir qədər artıq bir müddətdə isə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.

Qeyd edək ki, aprelin 30-da keçirilən faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, ARDNF-nin valyuta satışları qrafikdən geri qalır və Fond bu il valyuta satışlarını azaldaraq 140 mln. ABŞ dollarına qənaət edib.