Neft-qaz zəngini İraq da enerji istehsalı üçün AES tikəcək

09:45 01.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq hökuməti baş nazir Məhəmməd Şia əl-Sudaninin sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Nazirləri Şurasının iclasında dinc məqsədlər üçün nüvə reaktorunun yaradılmasının müzakirə edildiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hökumətdən verilən açıqlamada, "dinc məqsədlər üçün məhdud nüvə reaktorunun yaradılmasına başlanılması, qaz və neft kimi digər enerji mənbələrindən asılılığın azaldılmasına töhfə verəcək təmiz elektrik enerjisi istehsalı" məsələlərinin müzakirə edildiyi bildirilib.

İraqın Elektrik Naziri Ziyad Əli Fadil, İraqın keçən ilin iyun ayında ötən illə müqayisədə yüzdə 22 artımla 24 min meqavat elektrik istehsal etdiyini bildirib. Amma o deyib ki, ölkədə 24 saat enerjinin təmin edilməsi üçün gündə 34 min meqavat enerji enerjinin istehsal edilməlidir.