Neftin qiyməti 62 dolları ötdü

23:31 12.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Brent” markalı neftin qiyməti ötən il yanvarın 24-dən bəri ilk dəfə bir barel üçün 62 ABŞ dollarını ötüb.

 

Hafta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

 

Belə ki, Bakı vaxtı ilə saat 20:34-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” neft qarışığının aprel fyuçerslərinin qiyməti 1,67 % artaraq bir barel üçün 62,16 ABŞ dollarına çatıb. WTI markalı neftin mart fyuçersləri isə 1,48 % dəyər qazanaraq 59,1 dollar/barelə yüksəlib.