Nərimanovda 2 ev yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 30 m² sahədə və 1 otağının yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Binəqədidə də 2 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün və tavanının yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.