Nərimanovda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

20:00 01.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda baş vermiş yanğın söndürülüb.

Hafta.az Nazirliyə istinadən bildirir ki, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında bir dam altında tikilən, hər birinin ümumi sahəsi 60 m² olan birmərtəbəli iki fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və bitişik, ümumi sahəsi 110 m² olan birmərtəbəli mansarda tipli evin dam örtüyü 6 m² sahədə yanıb. Hər üç evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə baş vermiş yanğın söndürülüb.

Hafta.az Nazirliyə istinadən bildirir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.