Netflix-dən Türkiyə və Azərbaycana HÖRMƏTSİZLİK - SERİALDA SAXTA ERMƏNİSTAN XƏRİTƏSİ

19:12 10.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur Netflix-in yayımlanan seriallarından birində istifadə edilən xəritədə Azərbaycan və Türkiyəyə qarşı təxribata yol verilib. Bu fakt qardaş ölkədə ciddi etirazlara səbəb olub. Belə ki, İkinci Dünya Müharibəsi hadisələrindən bəhs edən çoxhissəli filmdə Türkiyənin şərq əraziləri Ermənistan ərazisi daxilində nümayiş etdirilib. Həmçinin xəritədə Naxçıvan da Azərbaycandan ayrı göstərilərək Ermənistanın ərazisi kimi qeyd edilir.

Hafta.az xəbər verir ki, bu faktı ilk olaraq Türkiyə Dənizçilik və Qlobal Strategiya Mərkəzi (Türk DEGS) diqqətə çatdırıb və bunu Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qəsd hesab edib.

“Yeni Akit” qəzeti də məsələni gündəmə gətirib və bir çox narazı Türkiyə vətəndaşının fikrinə istinad edərək, Türkiyə Radio və Televiziya Qurumunun (RTÜK) Ali Şurasının tədbir görməsini və Netflix-ə qarşı ən sərt sanksiyaların tətbiqini tələb edib.

Siyasət rubrikasından digər xəbərlər