Nigeriyada yol qəzası olub: 20 nəfər yanıb

15:27 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nigeriyanın cənub-qərbində yerləşən Oyo vilayətinin İbarapa rayonunda avtobusun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 20 sərnişinin yanaraq öldüyü bildirilir.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, vilayətin qubernatoru Qbenqa Obalovo yanıq xəsarətləri alan daha 2 nəfərin vəziyyətinin ağır olduğunu deyib.

Nigeriyanın Kaduna vilayətində də bir ay əvvəl baş vermiş yol qəzasında 30 nəfər yanaraq həlak olmuşdu. Bu ölkədə baş verən ağır yol-nəqliyyat hadisələrinin səbəbi avtomobil yollarının bərbad vəziyyəti və nəqliyyat vasitələrinin əksəriyyətinin köhnə və nasaz olmasıdır.