“Hər bir yaralanan polis və aksiya iştirakçısı üçün əslində kimin məsuliyyət daşıdığını dünənki gün bizə yaxşı göstərdi – vətənsiz siyasətçilərin “döyüş” ehtiyatlarını aşkarlayıb məhv edən kimi aksiya dinc xarakter aldı”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani sosial şəbəkədə yazır.
Tsilosani bildirir ki, məhz onlar 2008-ci ildə ölkəni qoruyurdular, müxalifət isə əksinə, ölkədən qaçırdı.
“Polis qəhrəmandır! Bütün polislərə, xüsusi təyinatlılara və asayiş keşikçilərinə ehtiramımı bildirirəm. 2008-ci ildə bu oğlanlar ölkəmizi qoruyanda, qorxaqlar, siz hara qaçırdınız?! Hər bir yaralanan polis və aksiya iştirakçısı üçün əslində kimin məsuliyyət daşıdığını dünənki gün bizə yaxşı göstərdi”, - Nino Tsilosani yazır.