Norveç F-16 qırıcılarını Ukraynaya təhvil verəcək

18:33 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Norveç F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. TV2 mənbələrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Norveç Ukraynaya qırıcı təyyarələrin verilməsinə qərar verən üçüncü ölkə olacaq.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyanın baş naziri Petteri Orpodan Helsinkinin istismardan çıxardığı dördüncü nəsil F-18 (Hornet) qırıcı təyyarələrinin Kiyevə təhvil verilməsini xahiş edib.

Zelenski Amerika istehsalı olan F-16 qırıcılarının Ukrayna Hərbi Hava Qüvvələri üçün prioritet olaraq qaldığını vurğulayıb.