Norveç Hellfire raketlərini Ukraynaya təhvil verib

18:29 08.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Norveç Ukraynaya Norveç ordusunda xidmətdə olan 160-a yaxın Hellfire raketləri, buraxılış meydançaları, istiqamətləndirici qurğular və gecəgörmə cihazlarını təhvil verib.

Hafta.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qramm 40-a yaxın müttəfiq ölkənin müdafiə idarələrinin rəhbərlərinin iclasında bildirib.

“Bu, Ukraynanın tələb etdiyi silahdır və Rusiyanın işğalçı qüvvələrinə qarşı mübarizədə faydalı olacaq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, raketi idarə etmək asandır, ondan həm quruda, həm də dənizdə hədəflərə qarşı istifadə oluna bilər.

Hellfire sisteminin ömrü sona yaxınlaşır, Norveç ordusu onu xidmətdən çıxarmaq planlaşdırılırdı.
Hellfire, hədəflə birbaşa vizual təmasda olmadan qapalı mövqedən buraxılan müxtəlif modifikasiyalı Amerika idarə olunan tank və zenit raketidir. Güclü mühafizəsi olan obyektlərə qarşı istifadə olunur: vertolyotlar, təyyarələr, pilotsuz uçuş aparatları, yerüstü nəqliyyat vasitələri. Döyüş məsafəsi 8 kilometrə qədərdir.

Bu raketlər helikopterlərdən də buraxıla bilsə də, Ukrayna mobil qruplar tərəfindən yerdən atılacaq raketləri alıb.