Novosibirskə gedərkən ehtiyyatlı olun - ən kriminal şəhərdir

11:44 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya şəhərlərini həyat səviyyəsinə görə müqayisə edən “Numbeo” qlobal məlumat bazasına görə, Novosibirsk Rusiyanın ən kriminal şəhəridir.

Hafta.az-ın "İzvestiya"ya istinadən yazdığına görə, 400-dən çox şəhərin yer aldığı indeksdə Nobosibirsk 188-ci, İstanbul isə bir addım geridə qalıb.

"Numbeo" istifadəçilərinin fikrincə, dünyanın ən təhlükəli üç şəhəri Karakas (Venesuela), Pretoriya (Cənubi Afrika Respublikası) və Durbandır (Cənubi Afrika Respublikası).

İndeksə əsasən, dünyanın ən təhlükəsiz 3 şəhəri Abu-Dabi (BƏƏ), Doha (Qətər) və Taypey (Tayvan) kimi yer alıb. "Numbeo" indeksləri adı çəkilən şəhərlərin sakinləri tərəfindən paylaşılan məlumatlar əsasında yaradılır.

Ekspertlər, Daxili İşlər Nazirliyinin açıqladığı məlumatların "Numbeo"dakı reytinqə tam uyğun gəlmədiyinə diqqət çəkirlər. Yəni əslində Rusiyada cinayət nisbətinin ən yüksək olduğu şəhərlər yuxarıda qeyd olunan siyahıya daxil edilməyib.