Noyabrın 27-də 2-ci Koreya - Azərbaycan Humanitar Formu keçiriləcək

10:15 24.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 27-də Koreyanın ölkəmizdəki Səfirliyi, Koreyanın Donqduk Qızlar Uiversitetinin Avrasiya Türk Araşdırmaları İnstitutu və Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat və Tarix İnstitutlarının birgə təşkilatçılığı ilə 2-ci Koreya - Azərbaycan Humanitar Formu keçiriləcək.

Hafta.az-ın yazdığına görə, forumun əsas məqsədi Koreya ilə türk dövlətləri arasında dil, tarix və mədəniyyət sahəsində oxşarlıqları və fərqləri araşdırmaqla ölkələrarası daimi mübadilənin əsaslarını möhkəmləndirməkdir. “Koreya yarımadası ilə Qafqazı birləşdirən və əməkdaşlığa töhvə verən Humanitar Elmlər” mövzusunda keçirilən builki forumda Koreya və Azərbaycandan olan alimlərin təqdimat və diskusiyaları olacaq.

Humanitar Forum Avrasiya Türk Araşdırmaları İnstitutunun Youtube kanalı (https://www.youtube.com/channel/UCW6Y1RWDunhuJMri--tNaFA) vasitəsilə canlı yayımlanacaq və istəyən şəxslər canlı yayıma şərh yazmaq vasitəsilə diskusiyada iştirak edə bilər.