Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Nyu York ştatında insan tələfatı ilə nəticələn hadisə baş verib.
Hafta.az-ın "İnsider"ə istinadən yazdığına görə, Nyu York Yanğınsöndürmə İdarəsinin (FDNY) verdiyi açıqlamda, Manhettenin cənub hissəsindəki qapalı avtomobil dayanacağı qismən çöküb. İlkin məlumata görə, 1 nəfər ölüb, çox sayda yaralı var.
Yanğınsöndürmə rəsmiləri binada altı işçinin olduğunu, onlardan dördünün xəstəxanaya yerləşdirildiyini, birinin isə tibbi yardımdan imtina etdiyini bildirib.
Yaxınlıqda yerləşən Pace Universiteti hadisə ilə əlaqədar dərsləri ləğv etdiyini və tələbələrin həyat təhlükəsizliyi üçün ərazidən uzaq durmalı olduqlarını açıqlayıb.