O ölkədə “gender dərsləri”ni kurrikulumdan çıxarıldı

10:20 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Salvador prezidenti Nayib Bukelanın göstərişi ilə genderlə bağlı kurslar kurrikulumdan çıxarılıb.

Hafta.az-ın “El País”a istinadən yazdığına görə, Salvadorun təhsil naziri Xose Maurisio Pineda elan edib ki, Bukelanın tələbinə uyğun olaraq, "gender ideologiyasını ehtiva edən" bütün fənlər dövlət məktəblərinin tədris planından kənarlaşdırılıb.

Genderlə bağlı məlumatları ehtiva edən dərsliklərin, onlayn sənədlərin və təlim proqramlarının ləğv edildiyi bildirilir.

Nazir dövlət ümumi təhsil müəssisələrində çalışan inzibatçı və təlimatçıların qaydalara əməl etmədiyi təqdirdə qanuni tədbirlər görüləcəyini də açıqlayıb.

Bukelaya təşəkkür edən Pineda, Təhsil Nazirliyinin 2022-ci ildən bu addımın atılmasını xahiş etdiyini bildirib.

Bukele 22-24 fevral tarixlərində ABŞ-ın Merilend ştatında radikal sağçıların keçirdiyi Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxış edərək valideynlərin övladlarının aldıqları təhsildə söz sahibi olmaq hüququnun olduğunu bildirərək, “gender ideologiyasının izlərini daşıyan hər şeyin kurrikulumdan çıxarılacağını” bildirib.

Hakim Yeni Fikirlər Partiyasının (Nuevos Ideas) qurucusu Bukela fevralın 4-də keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək liderliyini möhkəmləndirib.

Oxunma sayı 248