O yaramaz abidənin götürün! - Rusiyaya etiraz

13:37 17.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilər Rusiyanın Samara şəhərində "Artsax müharibəsində həlak olanlara əbədi xatirə" adlı abidə qoyublar. Samarada yaşayan azərbaycanlıların nümayəndələri, diaspora təşkilatları buna etiraz ediblər.

Bu barədə hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Rusiyada diaspora üzvü Elmar Rəsulov deyib ki, onların göndərdikləri məktuba çox əcaib bir cavab verilib.

“Rəsmi cavab isə bu olub ki, abidəni şəxsi adam qoyub və dövlətin ona qarışmağa ixtiyarı yoxdur.Əgər belədirsə, biz də Bakının mərkəzində Rusiya separatçılarına, Rusiyanın düşmənlərinə heykəl qoyaq, Dağıstanda və Çeçenistanda öldürülən və Rusiyanın ekstremist, terrorçu adlandırdığı adamlara abidə ucaldaq və deyək ki, kiminsə ürəyi yanıb və öz şəxsi pulu ilə edib. Rusiyaya səslənirəm ki, bu xoşunuza gələr?!”

R.Nurullayev bildirib ki, Səfirlik və Diaspora Komitəsi bu məsələ ilə bağlı rəsmi və açıq şəkildə Rusiya hakimiyyətinə etirazını bildirməlidir”.

Oxunma sayı 136
Gündəm rubrikasından digər xəbərlər