Oğrular 80 yaşlı kişinin evinə girib onun üçün pul qoyublar

10:06 29.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanda naməlum şəxslər yaşlı kişinin evinin darvazasını sındıraraq heç nə oğurlamayaraq ona pul qoyublar. Bu barədə News9Live məlumat yayıb.

80 yaşlı Yeni Dehli sakini iyulun 21-də oğlunu ziyarət etmək üçün Haryana ştatının Qurqaon şəhərinə gedib. Orada ona məlumat verilib ki, onun yaşadığı evə oğrular daxil olublar. Təqaüdçü oğlu ilə tələsik geri qayıdıb və görüb ki, doğrudan da evinin darvazasının qıfılı açılıb.

Lakin həmin şəxslər binaya və həyətə diqqətlə baxış keçirdikdən sonra məlum olub ki, müəmmalı oğrular heç nə götürməyiblər. Hətta qiymətli əşyaların ola biləcəyi kabinetləri və digər mebelləri açmağa belə cəhd etməyiblər. Üstəlik, sınmış darvazanın yanından 500 rupi əskinas tapıblar.

Oğruların niyə bir şey götürməyərək pensiyaçıya pul qoyub getmələri hələ də məlum deyil. Həmin şəxs daha sonra evində heç bir qiymətli əşyanın olmadığını etiraf edib.