Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib - VİDEO

17:06 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş–xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, ümumi çəkisi 3 tondan artıq olan 2900 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Oxunma sayı 1245