Oktyabrın 1-nə qədər 1 122 650 şəxs DOST xidmətlərindən faydalanıb

13:50 18.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il oktyabrın 1-nə qədər 1 milyon 122 min 650 şəxs DOST xidmətlərindən faydalanıb. Vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi isə 98,8 faiz təşkil edir.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, mərkəzlərdə sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət “bir pəncərə”dən təqdim edilir.

Xatırladaq ki, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb.