Yazını böyüt
Yazını kiçilt
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Hafta.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulub.
Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cennaro Pirelli (İtaliya) ilə qarşılaşıb. İdmançımız 1/8 final mərhələsində Marat Baykamurovu (Qazaxıstan) məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Arman Adamyana (IJF) uduzub.
Daha sonra təsəlliverici görüşdə İspaniyalı Nikoloz Şerazadişvilini üstələyən Kotsoyev, bürünc medal uğrunda döyüşdə Cənubi Koreyalı Kim Se Xen üzərində qələbə qazanaraq yarışın mükafatçısı olub.