Ölkə başçısı qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib

11:55 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib.

Hafta.az-ın məlumatına görə, Prezident İlham Əliyevin rəsmi "twitter" hesabında edilən paylaşımda deyilir:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"