Ölkədə 1 milyondan çox dövlət təhlükəsizlik kamerası var

09:25 15.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev ölkə daxilində 1 milyondan çox təhlükəsizlik kamerasının işlədiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, “Rossiya” beynəlxalq forumunda çıxış edən nazir deyib: “Qəsəbələrdə, ictimai yerlərdə, ictimai nəqliyyatda və yollardakı hər üç kameradan birində üz tanıma sistemi var”.

Nazirliyin hesabatına görə, həmçinin 14 rayonda yolların və ictimai obyektlərin foto və video görüntülərinin emalı sistemləri hazırlanır.

Moskvada keçirilən beynəlxalq “Rossiya” forumunda ölkə iqtisadiyyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətlər barədə təqdimatlar olunub.