“Ölkəmizin inkişafına maneə yaratmaq istəyirlər” – İrakli Kobaxidze

12:05 11.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Təxribatların bir sadə səbəbi var: ölkənin inkişafına bir şəkildə maneə yaratmaq. Lakin bu onlara qismət olmayacaq”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Hökumət başçıı bildirib ki, ölkə inkişaf edir və kənar sifarişlə hərəkət edən şəxslər məqsədlərinə çata bilməyəcəklər.

“İqtisadiyyat inkişaf edir, ölkə inkişaf edir, şəhərimiz, kəndlərimiz inkişaf edir, lakin xarici sifarişin əsas vəzifəsi bir şəkildə ölkəyə heç olmasa kiçik maneə yaratmaqdır, amma buna nail ola bilməyəcəklər”, - baş nazir bildirib.

Kobaxidze qeyd edib ki, “MEGOBARI Act” əslində gürcü xalqına, dövlətinə və milli maraqlarına qarşı düşməncəsinə akt idi. Xoşbəxtlikdən son anda qəbul edilmədi.

Onun sözlərinə görə, Gürcüstan hökumətinin ABŞ-la münasibətləri təmiz səhifədən yenidən başlamağa dair konkret məqsədi var.

“Bilirsiniz ki, münasibətləri təmiz səhifədən, konkret yol xəritəsi ilə yenidən başlamaq və ABŞ-la strateji tərəfdaşlığı bərpa etmək kimi konkret məqsədimiz var. Buna ümid edirik. Geridə qalanı ABŞ-nin yeni administrasiyasının özündən asılıdır”, - İrakli Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, Demokrat konqresmen Stiv Koen Helsinki Komissiyasında bildirib: “Təəssüf ki, Senat “MEGOBARI Act”ı qəbul etmədi. Hansısa problemlər yaşandı. Ola bilsin bu, limanla bağlı, konkret böyük bizneslə əlaqəli olsun. “MEGOBARI Act”ı bir nəfər basdıra bildi”.