Ölüm kağızı və dəfn pulu SADƏLƏŞDİRİLƏCƏK?

14:15 14.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Yas pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yas pulundan məhrum olur. Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm, məsələnin hazırkı durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

Ölüm kağızının alınması ilə bağlı əhalinin narahatlıq yaşadığını qeyd edən deputat bilridirb ki, prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirlib və tələblər yüksəlib:

"Amma qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir.
Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı qanun və qaydalarda sadələşdirilmə aparılsın”.