Ölümsüz olsun deyə ərini DİRİ HALDA TORPAĞA BASDIRDI

17:09 22.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Tamil Nadu ştatının Çennay şəhərinin sakini olan qadın ərini diri-diri torpağa basdırmaqda şübhəli bilinir.

Hafta.az “Tribune India” nəşrinə istinadən xəbər verir ki, kişi bu ritualdan sonra əbədi yaşayacağına inandığından diri-diri torpağa basdırılmağını arvadından özü tələb edib. 

59 yaşlı Naqaraj ştatda bir neçə məbədi ziyarət edib və bəyan edib ki, o, keşişdir və birbaşa Allahla əlaqə saxlayır. Sonra o, öz evinin həyətində kiçik bir məbəd tikib və peyğəmbərlik etməyə başlayıb.

Naqaraj sinəsində ağrı hiss edib və Lakşmiyə - həyat yoldaşına öləcəyini bildirib. Hindli ölümsüzlük qazanması üçün diri-diri basdırılmasını istəyib. Əri huşunu itirəndə Lakşmi iki fəhləyə zəng edərək onlardan böyük bir çuxur qazmağı xahiş edib. O, su çəni hazırlayacağını bildirib. Çuxur hazır olduqdan sonra o, huşunu itirmiş ərini orada basdırıb.

İT sahəsində çalışan Nağaracanın qızı evə gələrək atasının evdə olmadığını görüb. Ana çoxlu sorğu-suallara baxmayaraq, əvvəlcə ona heç nə deməyib. İki gün sonra qadın cinayətini etiraf edib.

Polis cəsədi çuxurdan çıxararaq yarılma üçün ekspertizaya göndərib. Kişinin diri-diri basdırılıb-basdırılmadığını yarılma nəticələri göstərəcək.