Ombudsman Aparatının kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

16:25 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində onun xatirəsini yad ediblər.

Ombudsman Aparatından hafta.az-a verilən məlumata görə, Ombudsman Aparatında anım günü ilə bağlı tədbir keçirilib, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ombudsman tədbirdə çıxış edərək, Heydər Əliyevin önəmli tarixi xidmətləri barədə danışıb. O, ulu öndərin hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin, insan hüquqları sahəsində dövlət proqramlarının təsdiq edilməsinin, Ombudsman təsisatının yaradılmasının insan hüquq və azadlıqlarının təmini baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ümummilli liderin vəfatının ildönümü ilə əlaqədar Ombudsman Səbinə Əliyeva Aparatın əməkdaşları ilə birgə Fəxri xiyabanı ziyarət edərək, onun məzarı önünə güllər düzüb və xatirəsinə ehtiramını ifadə edib. Ombudsman görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib.

Ombudsmanın regional mərkəzləri də digər qurumlarla birgə, gənclərin geniş iştirakı ilə ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirlər təşkil ediblər.

Tədbirlərdə H.Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlar barədə məlumat verilib. Müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı istiqamətində ulu öndərin rəhbərliyi ilə atılmış addımlar barədə danışılıb. Heydər Əliyevin nümunəvi azərbaycanlı kimi göstərdiyi misilsiz xidmətlərin unudulmayacağı, əziz xatirəsinin hər zaman yaşadılacağı qeyd olunub.