Ombudsman icbari sığorta ediləcək - 5 illik vəzifə maaşı məbləğində

11:49 07.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ombudsman 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

Bu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb.

Dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək. Qeyd edək ki, ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdır.