Ötən ay bahalaşan və ucuzlaşan məhsullar

11:29 16.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

Bu barədə hafta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oxunma sayı 25