Ötən gün 18 nəfər toya buraxılmadı

11:47 25.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.