Ötən gün 29 cinayətin üstü açılıb

10:47 27.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da 29 cinayətin üstü açılıb.

Hafta.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, xuliqanlıq 5, narkotiklərin qanunsuz dövriyyəsinə görə 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 15 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxunma sayı 113