Ötən gün yol qəzalarında 2 nəfər ölüb

11:10 27.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi ötən gün baş verən yol qəzaları ilə bağlı statistika açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, dünən respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.