Ötən gün yol qəzalarında 6 nəfər ölüb

14:21 11.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ölkə ərazisində baş verən avtomobil qəzalarında ölən və yaralananların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, noyabrın 10-da paytaxtda və digər rayonlarda 6 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, 5 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən 4 nəfəri piyada, 2 nəfər isə sürücü olub.

Bütün faktlarla bağlı araşdırma aparılır.