Ötən günün yol qəzaları

14:30 02.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həftəsonu baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı açıqlanıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son iki gündə ölkənin avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

 

Qəzalarda həyatını itirənlərdən iki nəfəri sürücü, üçü isə piyada olub.