Ötən həftə azad olunan ərazilərdə bu qədər mina zərərsizləşdirilib

15:36 08.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (01.07.2024 -07.07.2024) açıqlanıb.

ANAMA-dan hafta.az-a bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 28 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 830 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 039,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.