Ötən il Balakəndə 700 yeni iş yeri açılıb

14:22 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində 2020-ci ildə Balakən rayonunda 700 yeni iş yeri açılıb.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, iş yerlərinin 64-ü yeni açılan, 94-ü mövcud müəssisə və təşkilatlarda yaradılıb. Bundan əlavə, ötən il mövsümi və abadlıq işləri, həmçinin digər tədbirlər üzrə 542 yeni iş yeri açılıb.