Ötən il Rusiyadan xaricə 243 milyard dollar çıxarılıb

10:32 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan yeni araşdırma 2022-ci ildə ölkədən kapital axınının 243 milyard dollara çatdığını üzə çıxarıb. Sözügedən məbləğ Rusiyanın ümumimilli məhsulunun 13,5 faizinə uyğundur.

Hafta.az-ın yazdığına görə, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlar Mərkəzinin (TsMAKP) araşdırması kapitalın ölkədən dörd kanalla çıxmasına diqqət çəkib: Kommersiya kreditləri və avanslar yolu ilə 66 milyard dollar, Kreditlərin və borcların bağlanması yolu ilə 62 milyard dollar, Fiziki şəxslər tərəfindən həyata keçirilən əməliyyatlar yolu ilə 47 milyard dollar və birbaşa xarici investisiyaların ləğvi yolu ilə 40 milyard dollar Rusiyadan çıxarılıb.

2008-ci il böhranı zamanı Rusiyada kapital axını 143 milyard dollar olub. 2014-cü ildə Krımın ilhaqından sonra 165 milyard dollar xaricə çıxarılıb.