Hər il olduğu kimi, 2022-ci ildə də dünyanın super iqtisadiyyatı olan ABŞ-a dünyanın bütün ölkələrindən elm adamlarının axını davam edib.
Hafta.az-ın “The World Ranking”ə istinadən yazdığına görə, adi miqrasiyada axın daha çox üçüncü dünya ölkələrindən adətən zəngin Qərb dövlətirinə səmt alırsa, beyin axınında heç də belə deyil və ən zəngin və güclü sənaye, elm mərkəzi olan ölkələrdən də elm adamlarının miqrasiyası mövcuddur. Araşdırmaya görə, adi miqrasiyada əsas niyyət daha yaxşı yaşamaqdırsa, beyin axınının məqsədi birbaşa daha yaxşı qazanc götürməkdir.
ABŞ-a iqtiqamətlənmiş beyin axınında iştirak edən ölkələrin ilk onluğunu diqqətə çatdıraq. Siyahıd ən çox beyin köçü verən ilk üç dövlət 290086 nəfərlə Çin, 27013 nəfərlə Kanada və 9295 nəfərlə İrandır.
Siyahıda ən çox elm adamı itirən dördüncü ölkə Almaniyadır – 8550 nəfər. Türkiyə 8467 nəfərlə beşinci, İspaniya 8165 nəfərlə altıncı, İndoneziya 8003 nəfərlə yeddinci, Fransa 7751 nəfərlə səkkizinci, İtaliya 5695 nəfərlə doqquzuncu və Rusiya 4802 nəfərlə onuncudur...