Ötən sutkada 87 yanğın olub - FHN

12:36 03.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə isrinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib.

Qeyd edək ki, Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında "Hacıyusif yaylağı" adlanan ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra vətəndaşın olduğu yer dəqiq müəyyən olunaraq müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Çətin keçilən mürəkkəb relyefli ərazidə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş xərək vasitəsilə təhlükəsiz əraziyə təxliyə olunub və aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 525