Yazını böyüt
Yazını kiçilt
Övladına xüsusi karantin rejimin zamanı toy məclisi təşkil edən sabiq deputat İlham Əliyev məhkəməyə çağırılıb.
Hafta.az-ın Elektron Məhkəmə Sisteminə istinadən xəbərinə görə, İ. Əliyev karantin qaydalarını pozmaqda təqsirləndirilib. O İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Sabiq deputat Abşeron rayon Məhkəməsinə çağırılıb.
Qeyd edək ki, ötən gün İlham Əliyevin oğlunun toy mərasimindən videogörüntülər yayılmışdı.