Özbəklər daha çox hansı ölkələrə gedirlər - siyahı açıqlandı

09:45 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Statistika Agentliyinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ümumilikdə 4,06 milyon Özbəkistan vətəndaşı turizm məqsədilə xaricə səfər edib.

Hafta.az-ın yazdığına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon nəfər və ya 37,2 faiz artıb. Özbəklərin daha çox səfər etdiyi ölkələr aşağıdakılardır:

Qırğızıstana 1 milyon 914 min nəfər, Tacikistana 797,6 min nəfər, Qazaxıstana 640,2 min nəfər, Rusiyaya 194,7 min nəfər, Türkiyəyə 157,7 min nəfər, Səudiyyə Ərəbistanına 111,9 min nəfər, BƏƏ-yə 81,4 min nəfər, Misirə 27,7 min nəfər, Küveytə 16,7 min nəfər, Cənubi Koreyaya 14,9 min nəfər.

Digər ölkələrə toplam 112,1 min nəfər.

Aprelin sonunda turizm məqsədilə xaricə səfər edən özbəklərin yarısının 31-55 yaş arasında olduğu bildirilir. Səfərə çıxan özbəklərin yaş bölgüsü belədir:

0-18 yaş - 110 400 nəfər, 19-30 yaş - 148,8 min nəfər, 31-55 yaş - 425 min nəfər, 56 yaş və yuxarı - 165,8 min nəfər.