Özünü “Mehdi” adlandıran şəxa məşhur müğənnini bezdirib

11:02 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Dərya Uluğ özünü "Mehdi" zənn edən təcavüzkarla problem yaşayır.

Hafta.az-ın yazdığına görə, məşhur müğənniyə "evlənək" mesajları göndərən təcavüzkar hətta onun evinə gedib. Dərya Uluğ polisə şikayət edib və həmin şəxs nəzarətə götürülüb.

Başına gələnləri sosial media hesabından paylaşan müğənni kiminsə ona “Səninlə eşq yaşayaq, evlənmək istəyirəm” yazdığını bildirib.

Xanım müğəmmi qeyd edib ki, bundan bezərək təcavüzkarı bloklasa da, saxta hesablarla təqiblər davam edib. Buna görə də şübhəli şəxs təcavüzü məşhur sənətçinin evinin qarşısına gələnə qədər böyüdüb.

İddialara görə, mühafizəçilər onun evə girişinə mane olandan sonra, şəxs əndazəni aşaraq hədə-qorxu gəlməyə başlayıb və mühafizəçilərlə münaqişə yaradıb. Məsələdən xəbər tutan Dərya Uluğ dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polis şübhəli şəxsi saxlayıb. Daha sonra ədliyyəyə sövq edilən şəxs sərbəst buraxılıb.

Oxunma sayı 165