Pakistanda 5,5 maqnitudalı zəlzələ olub

20:17 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Pakistanın cənub-qərbində 5,5 maqnitudalı zəlzələ olub.

Hafta.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 13.42 radələrində baş verən zəlzələnin ocağı Pasni şəhərindən 14 km cənub-şərqdə, 30 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.