Pakistanda iqtisadi böhran dərinləşir - maliyyə naziri istefa verdi

12:30 26.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Maliyyə naziri Miftah İsmayıl vəzifəsindən istefa edib.

Hafta.az-ın yazdığına görə, M.İsmayıl bu haqda şəxsi Twitter səhifəsində məlumat verib. O, niyə istefa edib, səbəb nədir, bu haqda baş nazir Şahbaz Şəriflə keçirdiyi görüşdə məlumat verib və istefasını şifahi şəkildə hökumət başçısına çatdırıb. Hazırda Londonda olan M.İsmayı Pakistana qayıdan kimi istefası haqda rəsmi məktubu təqdim edəcəyini deyib. 

Qeyd edək ki, Pakistanda yüksəlməkdə olan infilyasiya ölkədə iqtisadi böhranı gündən-günə dərinləşdirir. Üstəlik, son aylarda baş vermiş məlum sel və daşqınların yaratdığı fəlakət, 1500-dən artıq insanın faciəli şəkildə həlak olması, milyonlarla insanın evsiz-eşiksiz qalması, kənd təsərrüfatının böyük həcmdə ziyan çəkməsi və sair dövlətə əlavə 30 milyard dollar ziyan vurub.

Xatırladaq ki, Dünya Bankının Cənubi Asiya regionu üzrə sədr müavini Martin Rayser bu yaxınlarda Pakistana səfəri zamanı sel fəlakətinin ziyanlarını aradan qaldırmaq məqsədilə ölkəyə 2 milyard dollar maddi yardım göstəriləcəyini bəyan etsə də, təbii ki, bu Pakistanın üzləşdiyi böhranı aradan qaldırmır... 

Oxunma sayı 1506