Yazını böyüt
Yazını kiçilt
Pakistanda baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 1700-ə, yaralıların sayı isə 12867-yə yüksəlib.
Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Pakistan Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) yayıb. Açıqlamada qeyd olunur ki, həyatını itirənlərdən 632-nin uşaq, 340-ı qadındır. Konkret olaraq, Sind əyalətində 747, Bəlucistanda 336, Hayber Paxtunxva əyalətində 308 və Pəncab əyalətində 221 nəfər həyatını itirib. Açıqlamada həmçinin 2 milyon 48 min 789 evin dağıldığı, ən azı 1,1 milyon heyvanın tələf olduğu bildirilib.
Pakistanın İqlim Dəyişikliyi Naziri Şerri Rəhman verdiyi açıqlamada, təxminən 9 milyon pakistanlının daşqınlar səbəbindən yoxsulluq içində yaşayacağını təxmin etdiyini söyləyib.