Pakistanda yeni il şənlikləri qadağan edildi

23:23 28.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.

"Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.