Pakistanda yol qəzası - 13 nəfər öldü

09:21 14.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistanda baş verən ağır yol qəzasında 13 nəfər ölüb, 5 nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, hadisə Pəncab əyalətində yük maşınının sərnişin avtobusunun üzərinə aşması nəticəsində baş verib.

Qeyd edilir ki, avtobus hərəkətdə olarkən xəndəyə düşüb. Bu vaxt arxadan gələn yük maşını avtobusun üstünə aşıb.

Hadisə yerinə təcili yardım və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

 
Oxunma sayı 127