Pakistandan Əfqanıstana göndərilən əfqanların sayı 450 mini keçdi

11:15 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid mətbuata verdiyi açıqlamada Pakistanın qeyri-qanuni əfqanları deportasiya etmək qərarından sonra ölkələrinə qayıdanların sayının 450 mini keçdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Mücahid əfqanların hələ də geri dönüşlərin davam etdiyini deyib.

Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra iki ölkə arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.

Son aylarda iki ölkə arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti ölkədə qeydiyyatsız yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərdən oktyabrın 1-nə kimi Pakistanı tərk etmələrini istəyib. Bu tarixə qədər getməyənlərin deportasiya ediləcəyi açıqlanıb.

Oxunma sayı 261
Dünya rubrikasından digər xəbərlər