Pandemiyanın başa çatması göz önündədir - ÜST başçısı

09:54 15.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı 2020-ci il mart ayından bəri minimal səviyyəyə düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

“Ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub”, - ÜST başçısı bildirib.

“Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”, - deyə T.Qebreyesus qeyd edib.