Bloomberg xəbər verir ki, London Avropanın ən böyük birjası yerini Parisə verib. Agentliyin məlumatına görə, bu birjalarda satılan şirkətlərin səhmlərinin ümumi dəyəri Fransa fond bazarı üçün 2,823 trilyon dollar, Böyük Britaniya fond bazarı üçün isə 2,821 trilyon dollar təşkil edir.
Bunun səbəblərindən birinin LVMH və Gucci də daxil olmaqla Fransanın lüks mal istehsalçılarının səhmlərinin artması olduğu göstərilir. Bu şirkətlərin səhmləri Çində koronavirus məhdudiyyətlərinin qaldırılması fonunda yüksəlir, buna görə də investorlar Çinli alıcılar arasında mallarına tələbatın artacağını proqnozlaşdırırlar.
Digər səbəb isə funt sterlinqin dollara nisbətdə ilin əvvəlindən 13%, avronun isə dollara nisbətdə cəmi 9% ucuzlaşmasıdır.
Bloomberg-in istinad etdiyi İngiltərə Bankının Pul Siyasəti Komitəsinin keçmiş üzvü Maykl Sondersin fikrincə, Brexit Britaniya fond bazarına genişmiqyaslı və uzunmüddətli tendensiyalar baxımından mənfi təsir göstərib və bu, potensial ÜDM-i xeyli aşağı salıb.