Yazını böyüt
Yazını kiçilt
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla yüksək səviyyədə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Hafta.az xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.
"Konkret təkliflər gözləyirik", - Ermənistan baş naziri vurğulayıb.
"Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır", - Paşinyan əlavə edib.