Paşinyan “demokratiya” və Rusiyanı bir birindən fərqli məfhumlar kimi təqdim edir – Qafar Çaxmaqlı

12:32 23.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Paşinyanın  Avropa Şurasındakı çıxışının Rusiya tərəfindən “təxribat” adlandırılması, “əgər  Moldovanı ikinci Ukrayna hesab etsək,  Ermənistanı da üçüncü Ukrayna etməyə çalışırlar. Paşinyan özü isə Vladimir Zelenskinin yolu ilə getməyə başlayıb” bəyanatının yanğıları sürməkdədir.

Olaya münasibətini öyrənmək istərdiyimiz ermənişünas alim Qafar Çaxmaqlı hafta.az-a açıqlamasında bunları söylədi:

“Nəzərə alsaq ki, bu, Rusiya dövlətinə bağlı bir Agentlik tərəfindən yayılır, məsələnin necə ciddi olduğunun şahidi olarıq.  Məsələnin ciddiliyini isbat edən gəlişmələrdən biri də Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin  Paşinyana həbsxanadan yazdığı məktubdur və həmin məktubda açıq qeyd edilir ki, Putin etdiyi hərəkətlərə görə Paşinyanı mütləq cəzalandıracaq”.

“Sizcə, Srtasburqda Paşinyanın dediyi əsasən hansı fikirlər Rusiyanı bu qədər narazı salıb?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Bir neçə gün öncə Paşinyanın dilindən  elan edilirdi ki, Ermənistan öz  mövqe ve kursunu dəyişmir və  bu, qəbul olunan qərarlara sadiqdir. Amma Avropaya ayaq qoyan kimi fərqli danışır və Strasburqda   Avropa Şurası sədrinin dəvəti ilə  etdiyi  bu çıxışında soz zamanlar baş verən dəyişikliklərdə Rusiyanı suçlayır, Rusiyaya qarşı Qərbin açdığı cəbhənin ön sıralarına keçir. Özünü demokrat bir dövlət başçısı   kimi Avropa Birliyi onu nə qədər yaxın buraxarsa, Avropaya yaxın olmağa çalışır, o qədər  özünü  demokratik ölkə başçısı kimi qələmə verməyə çalışır. Oradakı çıxışından o məlum oldu ki, Azərbaycanla danışıqlar və sülh prosesini Brüsseldən başqa bir yerə daşımaq fikri yoxdur və Rusiyanın bu prosesə mane olduğu havası yaradır.  “Yaşasın demokratiya” deyərək ratifikasiya  olunan Roma Statutuna da haqq qazandırılır.  Paşinyan “demokratiya” və Rusiyanı bir birindən fərqli məfhumlar kimi təqdim edir.  İkinci tərəfdən də Ukraynada sıxışmış Rusiyaya zərbə vurmaq üçün Qərblə açıq və gizli əməkdaşlıq aparılır. KTMT-nın toplantılarına qatılmaması, həmin qurumdan çıxmaq, Gümrüdəki 102-ci bazanın qapadılıması  fikrini cəmiyyətə yeritməklə də Rusiyaya meydan oxuyur. Son zamanlar Qarabağdan erməni əhalinin çıxmasına da Rusiyanın səbəbkar olmasını Paşinyan dolayısı ilə dilə gətirməkdədir. Söhbət Ermənistanın başçısının Rusiyaya qarşı danışmasından yox, onun bir siyasətçi kimi çoxüzlü mövqeyindən gedir”.

Siyasət rubrikasından digər xəbərlər